Ulu Öndər Heydər Əliyevin 95-ci il dönümü.

10 may Ulu Öndərimiz Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş ümumrayon tədbirində “Keşikçidağ” Dövlət tarix – mədəniyyət qoruğunun kollektivi də iştirak etmişdir. Tədbir iştirakçıları Ulu Öndərin heykəli önünə tər qərənfillər düzmüşlər. Daha sonra qoruğun inzibati binasında Ulu Öndər Heydər Əliyevin 95-ci il dönümü münasibəti ilə dəyirmi masa keçirildi. Qoruq əməkdaşları ümummilli liderin həyat və fəaliyyəti haqqında məruzələrlə tədbiri yekunlaşdırdılar.