ANAMA ilə əməkdaşlıq.

06.04.2018. “Keşikçidağ” mağaralar kompleksinin yerləşdiyi ərazidə 1948-1990-cı illərdə SSRİ-nin Qafqazda ən böyük hərbi poliqonu yerləşmişdir.Ərazinin partlamamış hərbi sursat qalıqlarından təmizlənməsi məqsədilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Ağstafa rayonun Saloğlu qəsəbəsində yerləşən bölməsi ilə danışıqlar aparılmış və sözü gedən ərazidə qoruq əməkdaşlarının iştirakı ilə birgə fəaliyyət aparılması barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə razılığa gəlinmişdir. Qoruq əməkdaşlarının və qoruğa gələn turistlərin təhlükəsizliyini təmin etmək üçün ərazinin minalardan təmizlənməsi işləri uğurla yekunlaşdırılmışdır.