Tanıtım layihəsi 3 №li məktəbdə

01.03.2018.Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun şəhər və kənd orta məktəblərində qoruğu tanıtmaq məqsədilə “Əsrlərin yadigarı Keşikçidağ” adlı tanıtım layihəsinə 3 №li məktəbdə start verildi. Qurulmuş pavilyonda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənmiş, qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri və diyircəkli qələmlər, qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri ilə bəzədilmişdir. Monitor vasitəsi ilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, ekskursiya, tədbirlər, və qoruğun abidələrindən ibarət slayd şou yayımlanmışdır. Tədbirdə “Qədim Yurdun Daş Kitabəsi” adlı filmin diski, buklet, flayer və diyircəkli qələmlər şagirdlərə hədiyyə verilmişdir. Məktəbdə açıq qapı günü olduğundan Təhsil şöbəsinin məsul şəxsləri və məktəblilərin valideynləri gəlmişdi. Bu tədbirimiz müəllim və şagird kollektivinin marağına səbəb oldu. Qoruğu tanıtmaq məqsədi ilə təbliğat işləri bütün məktəblərdə davam etdiriləcəkdir

Spread the love