Xocalı soyqrımı.

26 Fevral Xocalı soyqırımı ilə əlaqədar qoruğun inzibati binasında tədbir keçirildi.Tədbirdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Musaquliyev Xocalı soyqırımının dəhşətləri haqqında ümumi məlumat verdi.Qoruğun əməkdaşları, Gülnarə Nəcəfli şəhərdə qalmış əhalinin müqəddəratı haqqında, Fazilə Hüseynova faciənin xronikasından, Lalə Yusifzadə soyqrımın dünya mətbutında yayılmasi ilə bağlı ətraflı məruzələrlə çıxış etdilər. Sonda tədbir Xocalı soyqırımını, erməni vəhşiliyini əks etdirən filmin nümayişilə yekunlaşdı