Qoruğun yaradılmasının 10 illik yubileyi ilə əlaqədar olaraq ağac əkmə kompaniyası.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən bölgənin strateji cəhətdən ən hündür yüksəkliyi olan “İlham Əliyev zirvə”si ətrafında salınmış yaşıllıq parkını çoxaltmaq məqsədilə qoruq yaradıldıqdan bu günə kimi ərazinin təbii landşaftına uyğun çoxlu sayda tinglər əkilmışdır. Qoruğun yaradılmasının 10 illik yubileyi ilə əlaqədar olaraq ağac əkmə kompaniyasına start verilmiş və havanın soyuq və küləkli olmasına baxmayaraq ərazidə 200-ə yaxın şam tingləri, dekorativ bitkilər basdırılmış, əkilmiş ağaclar suvarılmışdır. Hər il olduğu kimi bu ənənə yaz aylarında da davam etdiriləcək.