“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ilk qonaqları.

Son dövrlər televiziya kanallarında “Keşikçidağ” mağaralar kompleksi haqqında təbliğat məqsədi ilə silsilə verilişlər hazırlanaraq efirlərdə yayımlanmışdır. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun 2018-ci il üçün ilk ekskursiyaçıları Gəncə şəhərindən olmuşlar. Həmin verilişlərə baxan ekskursiyaçılar 03.01.2018-ci il tarixində “Keşikçidağ” mağaralar kompleksinin tarixinin, mədəniyyətinin zəngin olduğunu görərək əyani şəkildə tanış olmaq məqsədi ilə qoruq ərazisində olmuşlar. Tarixi abidələrimizlə tanışlıq qonaqların böyük marağına səbəb olmuşdur.