Litva Respublikasının Birştonas şəhərinin Birştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçenieninin rəhbərlik etdiyi nümayəndə heyətinin Ağstafa şəhərinə rəsmi səfəri

14 noyabr 2017-ci il tarixində Litva Respublikasının Birştonas şəhərinin Birştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçenieninin rəhbərlik etdiyi nümayəndə heyətini Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qarşılayaraq, Ağstafa şəhər Heydər Əliyev mərkəzində yaradılmış Keşikçidağ güşəsində olarkən qoruq ərazisində aparılan elmi arxeoloji tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət nümunələrindən ibarət olan stendlər, şəkillər qonaqda geniş marağa səbəb olduğundan qonaqlara qoruq haqqında ətraflı məlumatlar verilmişdir. Qonaqlara ssenari müəllifi Yusif Şeyxov, rejisoru Rafiq Quliyev olan Yaddaş Studiyası tərəfindən çəkilmiş “Qədim Yurdun Daş Kitabəsi” adlı qısa metrajlı filmin diski, üç dildə qoruq haqqında buklet, flayerlər, süvenirlər, diyircəkli qələmlərdən təşkil olunmuş hədiyyə paketi təqdim olundu.