Fotoqrafların nəzərinə “Keşikçidağ fotoqrafların obyektivində” adlı foto müsabiqə təşkil edilir

Fotoqrafların nəzərinə
Mədəniyyət və Turizm Nazirliyinin, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “Keşikçidağ fotoqrafların obyektivində” adlı foto müsabiqə təşkil edilir.
Foto müsabiqə üçün sənədlərini qoruğa təqdim edən fotoqrafların 16 noyabr saat 08:30-da qoruğun inzibati binasının qarşısında, Səməd Vurğun parkında toplanmağı xahiş olunur.
Müsabiqənin şərtləri:
Müsabiqə üçün hər fotoqrafın qoruqda çəkdiyi ən azı 10 ədəd şəkli qoruğun aşağıdakı mail ünvanına göndərməsi xahiş olunur. Fotoqrafların müsabiqə üçün göndərdiyi şəkillər münsiflər tərəfindən seçilərək Heydər Əliyev mərkəzində təşkil olunacaq müsabiqədə sərgilənməsi nəzərdə tutulur. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaqdır.
Qeyd: Müsabiqənin keçirilməsi dekabr ayında nəzərdə tutulmuşdur.
Ətraflı məlumat almaq istəyən şəxslər aşağıdakı telefon nömrələrinə müraciət edə bilərlər.
Tel: (022) 225-36-62 (1-5 cigünlərsaat 09:00-18:00)
Mobil: 070 624-34-64
keshikchidag@mail.ru

Spread the love