Ağstafa rayon Regional Mədəniyyət və Turizm idarəsinin əməkdaşlarının peşə bayramları olduğu üçün “Keşikçidağ” mağaralar kompleksinə ekskursiyası təşkil edilmişdir.

27 Sentyabr 2017 ci iltarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən “ 27 Sentyabr tarixində Turizm işçiləri günü” münasibətilə keçirilən tədbirlər və “Açıq qapı” günləri davam edir. Ağstafa rayon Regional Mədəniyyət və Turizm idarəsinin əməkdaşlarının peşə bayramları olduğu üçün “Keşikçidağ” mağaralar kompleksinə ekskursiyası təşkil edilmişdir. Ulu əcdadlarımızdan bizə miras qalmış tarixi abidələrimiz haqqında qoruq əməkdaşları yürüş iştirakçılarına ətraflı məlumat verdilər. Tədbir iştirakçıları qoruq əməkdaşları tərəfindən salınmış 600 metrlik turist yolunu qət edərək, bölgənin strateji cəhətdən ən hündür yüksəkliyi olan “İlham Əliyev zirvə”sinə yürüşü başa çatdırdılar. Sonda tədbir iştirakçıları vətənimizin keşiyində dayanan N saylı hərbi hissənin sərhədçilərinə konsert proqramı təşkil etdilər.