Azərbaycan Respublikasının Prezidentinin 01 sentyabr 2016-cı il tarixli sərəncamı ilə hər il 27 sentyabr Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilir.

26.09.2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin 01 sentyabr 2016-cı il tarixli sərəncamı ilə hər il 27 sentyabr Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilir. Həmin sərəncamın icrası ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeylərdə “açıq qapı” günü kimi qeyd edilməsinə göstəriş verilmişdir. Bununla əlaqədar olaraq “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu “Keşikçidağı tanıdaq” layihəsi adlı tədbirlərə start vermişdir. Qoruğun  inzibati binasının qarşısında Ağstafa şəhər Səməd Vurğun parkında  “Keşikçidağı tanıdaq” adlı tanıtım pavilyonu qurulmuşdur. Pavilyon qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər, rəsm əsərləri ilə bəzədilmişdir. Tədbirdə qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənmiş, qoruq haqqında çəkilmiş “Qədim Yurdun Daş Kitabəsi” adlı qısa metrajlı sənədli film proyektor vasitəsilə nümayiş olunmuş, qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri və diyircəkli qələmlər satışa çıxarılmışdır. Filmin diskləri, bukletlər, flayerlər (üç dildə), çay, kofe və şirniyyat pulsuz paylanılmışdır.
Qurulan pavilyonlar Ağstafa rayon sakinlərinin geniş marağına səbəb olmuş, ona görə qoruq ərazisinə getmək üçün çoxsaylı müraciətlər olunmuşdur. Həmin müraciətləri nəzərə alaraq bu günlərdə bir qrup turistlərin qoruq ərazisinə ekskursiya və yürüşləri təşkil olunmuşdur. Ekskursiya zamanı qoruq ərazisində yerləşən tarixi abidələr və 27 sentyabr haqqında AMEA-nın Arxeologiya və Entoqrafiya institutunun əməkdaşı, tarix üzrə fəlsəfə elmləri doktoru Mansur Mansurov ekskursiyaçılara yerindəcə ətraflı məlumatlar vermişdir. Yürüş zamanı iştirakçılar mağaralardan 600 m-lik turist yolunu əllərində üçrəngli bayraqlarla qət edərək bölgənin strateji cəhətdən ən hündür yüksəkliyi olan “İlham Əliyev zirvə” sində yürüşü sona çatdırdılar. “Keşikçidağ” mağaralar kompleksi yürüş iştirakçılarında zəngin təəsuratlar yaratmışdır.

Spread the love