Tarixi keçmişimizə dəyər verən Miras İctimai Birliyinin rəhbəri Fariz Xəlili və kollektivi Ağstafa rayonunda ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda ekskursiyada olmuşdurlar.

23 iyul 2017 –ci il tarixində Tarixi keçmişimizə dəyər verən Miras İctimai Birliyinin rəhbəri Fariz Xəlili və kollektivi Ağstafa rayonunda  ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda ekskursiyada olmuşdurlar. Sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev və qoruğun direktoru Musa Mursaquliyev qoruq haqqında ətraflı məlumatlar vermişdirlər. Həmin məlumatlar  bu ərazidəki tarixi abidələrlə tanışlıq onlarda maraq oyatmışdır. Miras İctimai Birliyinin rəhbəri Fariz Xəlili və kollektivi mağaralardan 600 m-lik turist yolunu  qət edərək “İlham Əliyev adına zirvə”sində yürüşü sona çatdırdılar.