Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev Şəmkir rayonunda vətəndaşları qəbul etmişdir. Həmin qəbulda Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı da iştirak etmişdir.

18 iyul 2017-ciiltarixində Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev Şəmkir rayonunda vətəndaşları qəbul etmişdir. Həmin qəbulda Ağstafa rayonunda yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı da iştirak etmişdir. Qoruğun kiçik elmi işçisi Hüseynova Fazilə cənab Nazirin qəbulunda olarkən qoruq haqqında  gələcək layihələrlə bağlı təkliflərdən bəhs etmişdir. Həmin təklifə daxil olan qoruğun 10 illik yubileyi ilə əlaqədar “Keşikçidağ ətraf ərazilərdə qədim yaşayış düşərgəsi” adlı (adı şərti olaraq) beynəlxalq konfransın keçirilməsi də daxil edilmişdir. Beynəlxalq konfransın keçirilməsi təklifi cənab Nazir tərəfindən  müsbət qarşılanmış və  lazım olan dəstəyin veriləcəyi vurğulanmışdır.

Spread the love