“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının son zamanlar əlamətdar günlərdə qoruq ərazisinə təşkil etdiyi ekskursiya və yürüşlər insanların marağına səbəb olmuşdur.

20.06.2017.“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının son zamanlar əlamətdar günlərdə qoruq ərazisinə təşkil etdiyi ekskursiya və yürüşlər insanların marağına səbəb olmuşdur. Bu səbəbdən bura gələnlərin turstlərin sayı çoxaldığından onların təhlükəsizliyini təmin etmək üçün qoruğun daxili imkanları hesabına mağaralara qədər 300 m-lik sıldırım qayalıqlardan ibarət yol boyunca qoruq əməkdaşları kəndirlərdən istifadə edərək təhlükəsizlik səddi çəkmişdilər.