“Keşikçidağı tanıdaq” adı altında Heydər Əliyev parkında tanıtım ( kiçik shopping) layihəsi həyata keçirilmişdir.

Bu tədbirlərin davamı olaraq 2 may 2017-ci il tarixində “Keşikçidağı tanıdaq” adı altında Heydər Əliyev parkında tanıtım ( kiçik shopping) layihəsi həyata  keçirilmişdir. Tədbirdə qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənmiş, qoruq haqqında çəkilmiş “Qədim Yurdun Daş Kitabəsi” adlı sənədli film nümayiş olunmuş, filmin diskləri, bukletlər və flayerlər pulsuz paylanmış, qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri və diyircəkli qələmlər satışa çıxarılmışdır. Layihə ilə tanış olan iştiraçkılara çay, kofe və müxtəlif şirniyyatlar pulsuz paylanmışdır.
“Keşikçidağı tanıdaq” tanıtım layihəsi ictimaiyyətin marağına səbəb olmuş, bu səbəbdən Heydər Əliyev parkında əlavə bir gündə tədbir keçirilmişdir. 3 may 2017-ci il tarixində keçirilmiş tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev iştirak etmiş, keçirilən layihə barədə öz fikrini bildirmiş və tövsiyyələrini vermişdir.

Spread the love