Ali baş komandan İlham Əliyevin adını daşıyan zirvənin ətrafındakı ərazi hər il yazın gəlişi, təbiətin oyanması ilə əlaqədar abadlaşdırılır və zirvəyə qədər salınmış yolun kənarına çoxlu sayda ağac tingləri əkilir.

16.03.2017-ci il tarixində .Ali baş komandan İlham Əliyevin adını daşıyan zirvənin ətrafındakı ərazi həril yazın gəlişi, təbiətin oyanması ilə əlaqədar abadlaşdırılır və zirvəyə qədər salınmış yolun kənarına çoxlu sayda ağac tingləri əkilir. Bu ildə ənənəvi olaraq qoruğun əməkdaşları bu ərazinin landşaftına uyğun suya davamlı şam tingləri, cır armud və başqa növ ağaclar əkirlər. Həmçinin köhnə əkilmiş ağacların dibi bellənilir, ağacların qurumuş budaqları budanır. Bundan başqa kurqanlar vadisi və mağaralar kompleksinə gedən yolda yerləşdirilmiş köhnə plakatlar yenilənərək yeniləriilə əvəz olunur. Mağaraların girişində məlumat lövhəsi asılmışdır. Bütün bu işlərin görülməsində məqsəd təbiətin bu əraziyə verdiyi təbii gözəlliyi insan əməyiilə dahada canlandırmaqdır.