Prezident İlham Əliyev mərkəzin binasında yaradılmış “Ekoturizm və İnformasiya” şöbəsində yerləşən Prezidentin sərəncamı ilə yaradılmış Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun ərazisindən arxeoloji qazıntılar və tədqiqatlar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrindən ibarət eksponatlarla, fotolarla tanış olmuşdur.

24.10.2016.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub. Ağstafada Heydər Əliyev Mərkəzinin inşasına 2008-ci ilin fevralında başlanılıb və həmin ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. Ümummilli Liderin xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədi ilə Ulu Öndərin adını daşıyan muzeylər və mərkəzlər müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan Ağstafada 2016-cı ilin yanvar-fevral aylarında əsaslı şəkildə təmir edilərək yenidən qurulan Heydər Əliyev Mərkəzi də xüsusi rola malikdir. Prezident İlham Əliyev mərkəzin binasında yaradılmış “Ekoturizm və İnformasiya” şöbəsində yerləşən Prezidentin sərəncamı ilə yaradılmış Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun ərazisindən arxeoloji qazıntılar və tədqiqatlar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrindən ibarət eksponatlarla, fotolarla tanış olmuşdur.